28 aprel 2011 12:56
Millimizin rəqibləri müəyyənləşdi
Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək OBSL 2011 «Spring» beynəlxalq turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, artıq millimizin rəqibləri də müəyyənləşib.
Belə ki, A qrupunda yer alan təmsilçimiz ÇSKA (Moskva), FK “Sity” (Sankt-Peterburq) və “Kristal” (Sankt-Peterburq) komandaları ilə mübarizə aparacaq.
Millimiz ilk oyununu bu gün Bakı vaxtı ilə saat 19:00-da “Kristal” komandasına qarşı keçirəcək.
