28 aprel 2011 13:17
Azərbaycan kubokunun yarımfinalçıları müəyyənləşdi
Futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, baş tutan oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Azərbaycan kuboku
Ekol – DST - 2:0
Azmetko – Azərneftyağ - 7:6
Araz – NTD - 12:1
Neftçi İSM – Neftçi-2 - 7:3
Beləliklə, Azərbaycan kubokunun yarımfinalında aşağıdakı cütlüklər qarşılaşacaq:
Ekol – Neftçi İSM
Araz – Azmetko
Yarımfinal mərhələsinin oyunları mayın 2-də keçiriləcək.
