29 aprel 2011 01:58

Porto Villareal`ı da 5 qolla keçdi (YENİLƏNİB)

Çempionlar Liqasının ardınca bu gün Avropa Liqasında da yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hər iki yarımfinal matçı elə eyni gündə baş tutub.
 
Qeyd edək ki, Avroliqanın cari mövsümü Portuqaliya klublarının diqtəsi şəraitində keçir. Hər halda yarımfinala yüksələn 4 komandadan üçünün məhz bu ölkədən olması çox şeydən xəbər verir. İndi onlardan birinin çıxışını yarımfinalda dayandıracağı dəqiqdi. Çünki “Benfica” ilə “Braga” məhz bir-biri ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Onlardan isə finala yalnız biri adlayacaq. Bu komandalar arasındakı ilk görüşə gəlincə, "Benfica" doğma meydanda keçirilən ilk oyundan qələbəyələ ayrılmağı bacardı. Lakin bu cütün taleyinə cavab matçında aydınlıq gəlmiş olacaq.
 
Digər yarımfinal cütündə isə 3 Portuqaliya klubu arasındakı yeganə digər ölkə təmsilçisi – İspaniyanın “Villarreal” klubu “Porto”nun finala çıxmasına imkan verməməlidi. Hər ikisi kifayət qədər iddialı olan bu klubların mübarizəsini erkən final kimi dəyərləndirənlər də var. Lakin tərəflərin Portuqaliyada baş tutan ilk görüşü kifayət qədər gözlənilməz alındı. İspaniya təmsilçisi hesabı açan tərəf olsa da, fasilədən sonra oyunda dönüş yaradan portəgizlər onları buna peşman edib. Nəticədə Falkaonun pokeri sayəsində rəqib qapısından 5 top keçirən "Porto" səfər matçında bu üstünlüyünü əldən verənə oxşamır. Ən əsası isə, deyəsən, Avroliqanın finalında da elə iki Portuqaliya klubu üz-üzə gələcək.
 
Avropa Liqası
Yarımfinal
İlk oyunlar
28 aprel
 
Benfica - Braga - 2:1 (0:0)
Qollar: Jardel, 50, Kardozo, 59 - Vandinyo, 53.
 
Porto – Villarreal - 5:1 (0:0)
Qollar: Falkao, 50-pen; 68; 76; 90, Quarin, 61 - Kani, 45.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.