28 aprel 2011 15:14
Foqtsa Borussia`nın idman direktorluğu təklif olundu
Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts Almaniyanın “Borussia” klubunun (Münhenqladbax) idman direktoru vəzifəsinə təyin oluna bilər. Azerisport.az xəbər verir ki, hazırda bu klubda sözügedən vəzifəyə bir neçə nəfərlə yanaşı Foqtsun da namizədliyi gözdən keçirilir.
Qeyd edək ki, Foqts uzun illər futbolçu kimi məhz bu komandanın şərəfini qoruyub. Lakin onun doğma klubuna dönüşünün elə də real olmadığı da bəllidi. Foqtsla yanaşı “Borussia”nın idman direktoru postuna Horst Keppellə Ştefan Effenberq də namizəddi.
