28 aprel 2011 15:56

Zohair Benuahi: O hakim həmişə bizim əleyhimizə qərarlar verir

AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi azerisport.az saytına müsahibəsində “İnter”lə kubokun ilk yarımfinal oyunundan (0:0) sonrakı təəssüratlarını bölüşüb.
 
- “Bankirlər”lə ilk kubok oyunuyla bağlı nə deyə bilərsiz?
- Çox gərgin və maraqlı oyun alındı. Rəqibimiz çox güclü idi. Aşkar görünürdü ki, onlar bizimlə oyuna xüsusi hazırlaşıblar və düzgün taktika seçiblər. Amma biz də pis oynamadıq. Rəqib kimi, bizim də qol vurmaq üçün bir neçə imkanımız oldu. Əlbəttə, hakim də açıq-aşkar hoqqa çıxarırdı. O, rəqib qapısına penalti təyin etməyə borclu idi.
 
- Hakimlikdən hər oyunda narazı qalırsız...
- Necə razı qalaq? Matçın sonlarında “İnter”in müdafiəçisi məni cərimə meydançasında vurdu. Hakim buna görə penalti təyin etməyə borclu idi. Amma o bunu etmək əvəzinə oyunu davam etdirmək işarəsini verdi. Sanki orda heç nə olmamışdı. Ümumiyyətlə, mən bu hakimi tanıyıram. O, ilk dəfə deyil bizim oyunumuzu idarə edirdi. Həmişə də bizim əleyhimizə qərarlar verib. Niyəsini isə bilmirəm.
 
- Oyunun müəyyən hissəsində hücumda heç nə edə bilməməyiniz nə ilə bağlıydı?
- Bu suala dəqiq cavab verə bilmərəm. Hərdən oyunun getmədiyi dəqiqələr olur. Digər tərəfdən komandamızda zədəli oyunçular vardı ki, meydana yenicə çıxmışdılar. Məsələn, Viktor İbekoyi. Və ya elə mən özüm. Əlbəttə, artıq ağrı hiss etmirəm. Amma futbolsuz qalmaq istər-istəməz oyuna təsirsiz ötüşmür.
 
- Qolsuz heç-heçəni sərfəli nəticə sayırsız?
- Mən deməzdim ki, bu nəticə bizi qane edir. Əlbəttə, qol buraxmamağımız yaxşı oldu. Amma təəssüf ki, qol vura bilmədik. Cavab oyununda artıq mütləq qələbə qazanmalıyıq. İstənilən qollu heç-heçə isə rəqibə sərf etdiyindən, “İnter”i yenməyə borcluyuq.
 
- Finala çıxsaz, həlledici oyunda hansı komanda ilə qarşılaşmaq istərsiz: “Xəzər Lənkəran”la, yoxsa “Bakı” ilə?
- Əlbəttə, “Xəzər Lənkəran”la oyunlar həmişə çətin olur. Xüsusilə də səfərdə. Amma “Bakı” da zəif komanda deyil. Digər tərəfdən bizim üçün kiminlə oynamağın ciddi fərqi yoxdu. Bizim əsas məqsədimiz kuboka sahib çıxmaqdı.

- AZAL-ın avrokuboklara vəsiqə qazanmaq şansını necə qiymətləndirirsiz?
- Mən əminliklə deyirəm ki, biz 100 faiz avrokuboklara vəsiqə qazanacağıq. Biz bunu bacararıq və edəcəyik də.
 
- Artıq 3 gün sonra sizi çempionatda “Neftçi” ilə çətin oyun gözləyir...
- Bəli, qrafik çox ağırdı. Amma oynamaq lazımdı. Qarşıdakı rəqibimiz çox çətindi. “Neftçi” ilə elə yaxınlarda oynamışdıq. Həmin oyunda “Neftçi” öz gücünü göstərdi. Amma bizim komanda da zəif deyil və bu oyuna ancaq qələbə üçün çıxacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.