28 aprel 2011 20:04
Millimiz ilk oyunda məğlub oldu (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək OBSL 2011 “Spring” beynəlxalq turnirində iştirak edir. Azerisport.az xəbər verir ki, millimiz artıq turnirdəki ilk oyununu bu gün keçirib.
Komandamız yerli “Kristal” (Sankt-Peterburq) komandası ilə qarşılaşıb. 1-ci dəqiqədə hesabda geri düşən təmsilçimiz fasiləyə 2:2 hesablı heç-heçə ilə yollansa da, ikinci yarıda daha bir qol buraxaraq, meydandan məğlub ayrılıb.
Qeyd edək ki, millimizin yer aldığı A qrupunda ÇSKA (Moskva) və FK “Sity” (Sankt-Peterburq) komandaları da yer alır.
Azərbaycan - Kristal - 2:3 (2:2)
Qollar: Nahid Mehrəliyev, 8, Ramil Əliyev, 15 - Yevgeni Zaxarov, 1; 15, Yevgeni Mironenko, 35.
