28 aprel 2011 17:52
Qurban Qurbanov: Bakı bizimlə oyuna arxayın çıxacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 29-cu turunun “Bakı” ilə oyunu ərəfəsində fikirlərini dilə gətirib. Azerisport.az saytına müsahibəsində Ağdam klubunun çalışdırıcısı komandasının şanslarını belə dəyərləndirib:
“Bakı” arxayın oynayacaq. Çünki onlar üçün çempionatda nə medal, nə də avrokuboklara vəsiqə qazanmaq şansı qalır. Bildiyim qədərilə, onlar bütün ümidlərini ölkə kubokuna bağlayıblar. Biz isə sakit oynaya bilmərik. Çünki medallar uğrunda mübarizə apardığımız üçün mütləq qələbə qazanmalıyıq”.
