29 aprel 2011 00:01

“Millinin kapitanı olmaq mənim üçün şərəfdi”

Azərbaycanın 16 yaşlı futbolçulardan ibarət milli komandası bu günlərdə İtaliyada turnirdə iştirak etdi. Azerisport.az sizi yığmamızın kapitanı, “İnter”in yetirməsi Mansur Nahəvəndi müsahibəsində məhz həmin turnirlə bağlı təəssüratlarını bölüşüb:
 
- Azərbaycan milli komandası İtaliyada keçirilən turnirdə iştirak etdi. Turnir necə keçdi?
- İtaliyaya aprelin 11-də yollandıq və turnirə hazırlıq çərçivəsində Veronada 2 yoldaşlıq matçı keçirdik. Sonra turnirin keçirildiyi Florensiya şəhərinə yollandıq. 6 iştirakçı komanda 2 qrupa ayrılmışdı. Öz qrupumuzda qalib gəlməyi bacardıq və finalda “Roma” komandasıyla qarşılaşdıq. Qalib gəlməyi çox istəyirdik. Lakin rəqib güclü oldu və nəticədə romalılar 3:0 hesabıyla qalib gəldilər. Beləliklə, biz turnirin gümüş mükafatına layiq görüldük. Bizim belə güclü turnirdə çıxışımızı müsbət qiymətləndirirəm. Uşaqlar çox çalışdılar və sonadək oynadılar.
 
- Rəqiblərdən hansı komandanı fərqləndirərdin?
- Finalda qarşılaşdığımız “Roma” komandasını qeyd etmək istərdim. Bir də ki, onlar yaşca bizdən böyük idilər. Meydan sahibi olan “Polisportivo” komandası da maraqlı rəqib idi. Çox xoşdu ki, biz bu komandanı 3:1 hesabıyla məğlub etdik.
 
- Turnir necə təşkil olunmuşdu?
- Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Orada iştirak etmək bizim üçün böyük təcrübə oldu. Mən əvvəllər də müxtəlif yaş kateqoriyalarında Azərbaycanın milli komandalarına çağrılmışam və təlim-məşq toplanışlarında iştirak etmişəm, müxtəlif yarışlara qatılmışam. Lakin bir çox futbolçu üçün bu turnir əhəmiyyətli oldu. Uğurlu çıxış və finala vəsiqə qazanmaq bizə əlavə inam verdi. Biz gücümüzə inandıq və yeni emosiya və yeni stimul aldıq.
 
- Bundan başqa sən komandanın kapitanısan. Nəyə görə kapitan sarğısını məhz sənə etibar ediblər? Bu, çətin deyil ki?
- Mən U-16 komandasının liderlərindən və ən təcrübəli futbolçularından biriyəm. Məni hətta U-17- komandasına da dəvət etmişdilər. Buna görə də, kapitan sarğısını mənə etibar ediblər. Bundan başqa, almaniyalı baş məşqçimiz Nikolay Adam mənə çox etibar edir və mənə böyük ümidlərlə baxır. Kapitan olmaq üçün liderlik keyfiyyətlərinə malik olmaq vacibdi. Komanda yoldaşlarını gümrahlaşdırmağı bacarmaq, lazım olanda hansısa məsləhət vermək lazımdı. Düşünürəm ki, məndə pis alınmır. Milli komandanın kapitanı olmaq mənim üçün böyük şərəfdir! (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.