29 aprel 2011 13:15
Arif Əsədov: XL-ın necə oynayacağı bizi maraqlandırmır
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın 29-cu turunun AZAL-la oyunu ərəfəsində şansları dəyərləndirib. Azerisport.az saytına açıqlamasında paytaxt klubunun çalışdırıcısı bunları dilə gətirib:
“Qarşıda hələ 4 tur var. Biz isə hadisələri qabaqlamaq istəmirik. Düzdü, bizim qələbə qazanacağımız, “Xəzər Lənkəran”ın məğlub olacağı təqdirdə “Neftçi”nin çempionluğu rəsmiləşəcək. Amma “Xəzər Lənkəran”ın necə oynayacağı bizi maraqlandırmır. Biz qızıl medallara öz qələbələrimiz sayəsində çatmaq istəyirik. Son oyunda biz AZAL-ı çətinliklə yenə bilmişdik. Əminəm ki, bu dəfə də asan olmayacaq”.
