29 aprel 2011 01:18
Nurbol Jumaskaliyev: Qazaxıstan Azərbaycana qalib gəlməyi çox istəyir
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının və Astana “Lokomotiv”inin hücumçusu Nurbol Jumaskaliyev ölkəsinin əsas komandasına dönüşündən və qarşıdakı Azərbaycanla oyunlardan danışıb.
- Yeni baş məşqçinin gəlişindən sonra Qazaxıstan yığmasında çox şey dəyişib?
- Aydın məsələdi ki, hər bir baş məşqçinin futbola öz baxışı var. Taktiki planda da dəyişikliklər var. Artıq taktiki cəhətdən fərqli cür oynayırıq. Komandaya artıq bəzi oyunçuların qayıdışı da təmin olunub. İndi daha yaxşı oynamağa başlamışıq və demək olar ki, əhval-ruhiyyə də arzuolunan səviyyədədi. Seçmə mərhələni mümkün qədər yaxşı şəkildə başa vurmaq istəyirik.
- Yığmanızın qarşısına hansı vəzifə qoyulub?
- Hələlik, biz nə xal toplaya, nə də qol vura bilmişik. İndi bizə qalan oyunlarda yaxşı çıxış etmək qalır. Qarşıda xeyli oyunlar var ki, xallar toplaya bilərik. Azarkeşlərimizi sevindirmək vaxtıdı. Buna görə də xüsusi istəklə hazırlaşacağıq. Xüsusilə, ev oyunları ilə bağlı ciddi planlarımız var.
- Tezliklə, Azərbaycan yığmasını qəbul edəcəksiz...
- Maraqlı oyun olacaq. Evdə oynadığımız üçün mütləq qələbə haqda düşünməyə borcluyuq. Azarkeşlərimizin dəstəyi bizə kömək etməlidi. İndidən deyə bilmərəm, kim, necə oynayacaq. Amma Qazaxıstan Azərbaycana qalib gəlməyi çox istəyir. Bu, sirr deyil.
- Bəs komandamız haqda nə bilirsiz?
- Azərbaycan millisinin Türkiyə və Avstriya ilə oyununun hissələrinə baxmışam. Sizdə yaxşı komanda yaradılıb. Xüsusilə, türklər üzərindəki qələbə hamı üçün sürpriz alındı. Fikrimcə, Astanada bizi gərgin bir oyun gözləyir. Axı biz də 3 xal qazanmağı çox istəyirik.
- Azərbaycanlı futbolçulardan hansılarısa tanıyırsız?
- Ad xatırlamıram. Bilirəm ki, müdafiəniz yaxşı oynayır. Sizdə, təcrübəli legionerlər peyda olub ki, bunun sayəsində çempionatınız maraqlı keçir. Yaxınlarda sizin çempion “İnter” “Birlik Kuboku”nu qazandı. Bu da göstərir ki, sizin çempionatın səviyyəsi qalxmaqdadı. Son illərdə siz çox artırmısız.
- Qazaxıstan mətbuatının yazdığına görə, Azərbaycana qarşı ancaq hücum futbolu oynayacaqsız...
- Real şansları qiymətləndirə bilmərəm. Axı bu oyuna kimi hələ çox vaxt var və hər şey ola bilər. Aydındı ki, hər iki komanda xal ehtiyatını yaxşılaşdırmaq istəyir. Qazaxıstan üçün Azərbaycan münasib rəqibdi. Amma nəyin necə olacağını yalnız Astanadakı oyunun tamamında bilmiş olacağıq. Çox şeyə kimin bu oyuna necə hazırlaşması aydınlıq gətirəcək. Yəqin ki, futbolçuların meydandakı ustalığı da sözünü deyəcək. Sadəcə, onu deyə bilərəm ki, heç-heçə heç kimi qane etməyəcək.
- Real şansları qiymətləndirə bilmərəm. Axı bu oyuna kimi hələ çox vaxt var və hər şey ola bilər. Aydındı ki, hər iki komanda xal ehtiyatını yaxşılaşdırmaq istəyir. Qazaxıstan üçün Azərbaycan münasib rəqibdi. Amma nəyin necə olacağını yalnız Astanadakı oyunun tamamında bilmiş olacağıq. Çox şeyə kimin bu oyuna necə hazırlaşması aydınlıq gətirəcək. Yəqin ki, futbolçuların meydandakı ustalığı da sözünü deyəcək. Sadəcə, onu deyə bilərəm ki, heç-heçə heç kimi qane etməyəcək.
- Sizin üçün Qazaxıstanın qrupu neçənci yerdə bitirməsi çox vacibdi?
- Şübhəsiz ki, bunun bizim üçün əhəmiyyəti böyükdü. Əgər biz Azərbaycanı məğlub edə bilsək, Azərbaycanı qabaqlamaq şansımız yaranacaq. Xal ehtiyatını yaxşılaşdırmaq da bizim kimi komandalar üçün çox vacibdi. Axı heç kim sonuncu olmağı istəmir. Həm də qələbə FİFA-nın reytinqi üçün vacib əhəmiyyət daşıyır. Ona görə də qələbədən heç kim imtina etməz.
- Azərbaycan yığmasının səfər oyunlarında yaxşı oynaya bilməməsindən yəqin ki, xəbərdarsız...
- Bu, digər komandalarla oyunlarda ola bilər. Amma bizimlə oyunlarda komandanız xüsusi motivasiyaya malik olacaq. Aydındı ki, Belçikaya yenilgidən sonra Azərbaycan qələbə qazanmağı çox istəyir. Amma biz də məğlub olmağa hazırlaşmırıq. Həm Azərbaycan, həm də Qazaxıstan sona kimi oynayacaq. Biz çox məğlub olduq. Artıq xal qazanmaq lazımdı. Bu yolda Azərbaycanla Astanadakı oyunda çox şeyə aydınlıq gələcək.
