29 aprel 2011 13:31

Aleksey Savinov: Finala çıxmaq istəyiriksə, buna borcluyuq

“Bakı”nın müdafiəçisi Aleksey Savinov azerisport.az saytına müsahibəsində Azərbaycan kubokunun ilk yarımfinal oyunu çərçivəsində “Xəzər Lənkəran”a məğlubiyyətlərindən danışıb.
 
- 0:1 hesablı məğlubiyyət size qane etdi?
- Məğlubiyyət heç vaxt qaneedici nəticə hesab oluna bilməz. Amma nəzərə alsaq ki, oyun səfərdə, özü də Lənkəranda idi, heç də hər şeyin pis olduğunu demək olmaz. Axı hələ qarşıda cavab oyunu var. Bu oyun məni ruhlandırdı.
 
- Niyə?
- Hesab edirəm ki, bu, bizim son vaxtlar göstərdiyimiz ən yaxşı oyun idi. Komandamız əsl xarakter nümayiş etdirdi. Qələbə qazana bilməməyimizi isə bəxtsizliklə əlaqələndirərdim.
 
- Amma bu xarakter sizə heç məğlubiyyətdən yaxa qurtarmağa da kömək etmədi...
- Özümüz günahkarıq. Biz 4 dəfə təkbətək çıxdığımız halda, heç birindən yararlana bilmədik. Belə olan halda necə uduzmayasan? Lənkəranlılar isə öz şanslarından yararlandılar və qələbə qazandılar.
 
- Cavab görüşü öncəsi komandanızın şanslarını necə dəyərləndirirsiz?
- Məğlub olmağımıza baxmayaraq, komandamızın şansları heç də pis deyil. Ən azı şansları bərabər hesab edirəm: əllinin əlliyə. İstənilən halda hər şeyə Bakıda aydınlıq gələcək.
 
- Bakıda sizə ən azı iki top fərqi ilə qalib gəlmək lazımdı. Amma bu, heç də real görünmür...
- Hər ehtimala qarşı biz mümkün qədər çox qol vurmağa çalışmalıyıq. Əgər kubokun finalında çıxış etməyi istəyiriksə, bunu etməyə borcluyuq.
 
- Digər tərəfdən siz ötən mövsüm XL-ı həm kubokdan, həm də çempionluqdan etmişdiniz və onlar bu dəfə eyni səhvləri təkrarlamaq istəmirlər...
- Ötən mövsüm biz ona layiq idik. İndi onu bu mövsüm də etmək istəyirik. Keçmişdəki keçmişdə qalıb. Biz bu il kuboku qazanmaq və Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Hələlik, bunun üçün şansımız var və bu yolda hər şeyi edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.