29 aprel 2011 13:38
Neftçi Nasimovsuz qaldı
“Neftçi”nin özbəkistanlı hücumçusu Bahodir Nasimov Premyer Liqanın 29-cu turunun AZAL ilə oyununu buraxa bilər. “Ağ-qaralar”ın baş məşqçisi Arif Əsədovun azerisport.az saytına verdiyi xəbərə görə, komandasının ən sərrast oyunçusu “İnter”lə oyunda aldığı zədədən sonra hələ tam hazır deyil:
“Böyük ehtimalla o, bu tur oynaya bilməyəcək. Son məşqlərdə o, ayağında ağrılar hiss edir. Nəzərə alsaq ki, Şüvəlandakı yeni arenanın ot örtüyü sünidi, onda bu, Nasimovun sağalmasına mane ola bilər. Bu üzdən də biz onunla risk etmək istəmirik”.
