29 aprel 2011 14:24
AZAL-dan hakimliklə bağlı apellasiya şikayəti
AZAL rəhbərliyi AFFA-ya apellasiya şikayəti verib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi Elçin Məmmədovun “İnter”lə kubok oyunundakı idarəçiliyindən narazılığını bildirib.
“Təyyarəçilər” xüsusilə bu hakimin matçın sonlarında rəqib qapısına penalti təyin etməməsinə qəzəblənib. Klub rəhbərliyi həm də Nazim Süleymanovun texniki zonadan kənarlaşdırılmasının ədalətsiz olduğunu düşünür və onun cəzasının ləğvini tələb edir.
