29 aprel 2011 15:48
Cavid Hüseynov: Kifayət qədər normal oynayıram
“Neftçi”nin və milli komandamızın yarımmüdafiəçisi Cavid Hüseynov hazırda heç də pis formada olmadığını düşünür. Azerisport.az saytına müsahibəsində o, bu iddiasını belə əsaslandırıb:
“Mən baş məşqçinin fikirlərinə hörmətlə yanaşıram. Heyəti o müəyyənləşdirir və mən məşqçinin işinə müdaxilə edə bilmərəm. Meydana sonradan çıxsam da, hər halda oyunum pis alınmır. Əlbəttə, daha yaxşı oynaya bilərəm və bunun üçün daha çox məşq edirəm. Fikrimcə, ehtiyatda qalmağıma və meydana sonradan çıxmağıma baxmayaraq, kifayət qədər normal oynayıram”.
