29 aprel 2011 15:55
Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq
Xəbər verdiyimiz kimi, Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku”nun qrup mərhələsində ilk iki oyunu qələbə ilə başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması turnirin finalına vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, artıq yığmamızın finaldakı rəqibi müəyyənləşib.
Futbolçularımız həlledici oyunda ukraynalı həmyaşıdları ilə qarşılaşacaq. Final oyunu aprelin 30-da, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
