29 aprel 2011 17:27
Elnur Allahverdiyev: Əsas heyətə dönmək istəyirəm
“Xəzər Lənkəran”ın və millimizin müdafiəçisi Elnur Allahverdiyev klub rəhbərliyi və baş məşqçinin onun haqda çıxardığı əfv fərmanına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Şadam ki, məni bağışladılar və əsas komandaya qaytardılar. Mənə bəslənilən ümidləri tam doğruldacam və göstərəcəm ki, əbəs yerə qayıtmamışam. İndi ancaq əvvəlki formamı bərpa etmək və əsas heyətə dönmək qalır. “Xəzər Lənkəran”ı bir neçə həlledici oyun gözləyir və şans qazanacağım halda komandama kömək etməyə tam hazıram”.
