29 aprel 2011 19:58
Yığmamız daha bir Rusiya klubu önündə aciz qaldı (YENİLƏNİB)
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş OBSL 2011 “Spring” beynəlxalq turnirində bu gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Sankt-Peterburqun “FC City” komandası ilə qarşılaşıb.
Qarşılaşmanın ilk yarısında 3 cavabsız qol buraxan komandamız fasilədən sonra fərqi minimuma endirsə də, daha bir qol vuran meydan sahibləri qələbə qazanan tərəf olub.
Maraq üçün xatırladaq ki, komandamız ilk oyununu dünən keçirmiş və yerli “Kristal”a 2:3 hesabıyla məğlub olmuşdu.
FC City - Azərbaycan - 4:2 (3:0)
Qol: İqor Moisenkov, 7; 31, Stepan Surmilo, 16, Kiril Filippov, 18 - Əbdül Əliyev, 26, Nahid Mehrəliyev, 30.
