29 aprel 2011 18:53
AFFA rəhbərliyi millimizin final oyununa çağırıldı
Qazaxıstan Futbol Federasiyasının rəhbərliyi AFFA rəhbərliyini “Prezident kuboku”nun final oyununa dəvət edib. Azerisport.az xəbər verir ki, bu məqsədlə baş katib Elxan Məmmədov Astana şəhərində təşkil olunmuş turnirin həlledici oyununu izləmək üçün Qazaxıstana 1 günlük səfərə gedib.
Qeyd edək ki, aprelin 30-da, Bakı vaxtı ilə saat 18:00-da, “Astana Arena”da keçiriləcək final oyununda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları qarşılaşacaq.
