30 aprel 2011 00:01

Premyer Liqada hər şeyə müəyyənlik gətirə biləcək tur

Bu gün Premyer Liqanın 29-cu turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turu artıq yeni mövsümün çempionunun müəyyənləşməsi ilə əlamətdar ola bilər.
 
Lakin bunun üçün ilk növbədə birinci oyun günündə baş tutacaq prinsipial qarşılaşmada son çempion “İnter”in “Xəzər Lənkəran”a qalib gəlməsi vacibdi. Çünki yalnız bu halda sabah “Neftçi” AZAL-a qalib gəlməklə, qızıl medalları vaxtından öncə özü üçün təmin edə bilər. Amma son oyunlarında özünə gələn “Xəzər Lənkəran”ın belə erkən təslim olacağı inandırıcı görünmür. Güman ki, cənublular bu mövsüm özünə bənzəməyən “bankirlər” üzərində növbəti qələbəsini qazanmağa çalışacaq. Final mərhələsindəki ev oyununda bu rəqibinə qalib gələ bilməyən lənkəranlılar hər halda ilkin mərhələdə Bakıdan 3:1 hesablı qələbə ilə dönə bilmişdi. Deməli, yenə eyni uğuru təkrarlamaq olar.
 
Son çempion isə Premyer Liqanın cari mövsümünü boşa verib və indi yalnız 4-cü pilləyə qalxmağa ümid edə bilər. Lakin güman ki, Kaxaber Sxadadzenin komandası daha çox AZAL-ı qabaqlamağı yox, bu komanda ilə qarşıdan gələn kubokun cavab yarımfinal matçını gözləyir. Axı həmin oyunda qələbə “İnter” üçün daha böyük əhəmiyyət daşıyır, nəinki XL. Yeri gəlmişkən qeyd edək ki, elə cənub təmsilçisi də həftəiçi kubok matçına çıxıb və qarşıda “Bakı” ilə cavab görüşü də var. Deməli, hər iki komanda bu sıx qrafik üzündən həm yorğunluq hiss edir, həm də gücünə qənaət etməyə borcludu.
 
İlk oyun günündə ikinci altılıq çərçivəsində də iki qarşılaşma baş tutacaq. “Gəncə” elitanı tərk etməsi artıq ötən tur dəqiqləşən MOİK-i qəbul edəcək. Tam formal xarakter daşıyan bu dueldən fərqli “Simurq”un “Qəbələ” ilə ev oyunu bir qədər vacib əhəmiyyətə malikdi. Çünki elitanı tərk edən ikinci komanda məhz bu oyunda dəqiqləşə bilər. Bunun üçün isə Zaqatala klubunun dogma meydanda xal itirməsi, eyni zamanda “Turan”ın bu turu qələbə ilə başa vurması lazım gələcək. Belə olan halda, 10-cu pillədə qərarlaşan “Turan”la əsas izləyicisi “Simurq” arasındakı xal fərqi daha da artacaq və son üç turda zaqatalalılar üçün aradan qaldırılması mümkünsüz olacaq.

İkinci altılığın digər oyunu – “Turan” – “Muğan” qarşılaşması isə bazar günü baş tutacaq. Bu qarşılaşma da qeyd etdiyimiz kimi yalnız Tovuz klubu üçün əhəmiyyət daşıyır. Çünki Naci Şensoyun komandası məhz “Simurq”un xal itirməsindən istifadə edib, qələbə qazana və elitada qalmasını 3 tur öncədən rəsmiləşdirə bilər.
 
Turun digər oyunları isə kifayət qədər prinsipial əhəmiyyətə malikdi. Bu mənada xüsusilə bütün diqqətlər Şüvəlana yönələcək. “Xəzər Lənkəran”ın xal itirəcəyi halda “Neftçi” AZAL-la səfər görüşündə növbəti 3 xal qazanmaqla bu mövsümün çempionunu müəyyənləşdirə bilər. Lakin medalçılar sırasına düşməyi hədəfləyən “təyyarəçilər”in  asanlıqla təslim olacağını düşünmək olmaz. Düzdü, həftəiçi “İnter”lə çətin kubok oyununa da çıxan meydan sahibləri “ağ-qaralar”dan fərqli yorğunluq hiss edə və müəyyən mənada gücünə qənaət haqda da düşünə bilər. Amma istənilən halda final mərhələsindəki ilk oyunda olduğu kimi, “təyyarəçilər”in bu dəfə də “Neftçi”yə asanlıqla təslim olmayacağı dəqiqdi. Xatırladaq ki, həmin görüşdə Nazim Süleymanovun komandası hesabı açsa da, iki dəqiqəyə 2 qol buraxaraq, sonda xalsız qalmışdı.
 
Ən nəhayət, “Qarabağ” – “Bakı” dueli haqda. Ağdam klubunun bu görüşdə qələbə qazanacağı demək olar ki, şübhə doğurmur. Çünki “zolaqlılar” Premyer Liqadakı bütün şanslarını itirib və fikrini tam olaraq kuboka yönəldib. Həftəiçi XL-la kubok görüşünə də çıxan paytaxtın eyniadlı klubu indi güman ki, daha çox ağdamlılarla görüşü yox, lənkəranlılarla cavab oyununu düşünür. Bütün ümidləri Premyer Liqa ilə bağlı olan Qurban Qurbanovun komandası isə əsas rəqiblərinin xal itkisini arzulayaraq, növbəti qələbəsini rəsmiləşdirmək istəyəcək.
 
Sonda onu da qeyd edək ki, hesabat turunun oyunlarında ədaləti təmsil edəcək fit sahibləri güman ki, hər matçın startına bir saat qalmış açıqlanacaq. Təbii ki, Hakimlər Komitəsi və Peşəkar Futbol Liqası bunu özünə rəva görsə. Baxmayaraq ki, bu siyasətin heç bir məna kəsb etmir. Çünki futbol başbilənlərimiz ən azı kubok matçlarına təyinatları açıqlayarkən nə qədər mənasız siyasət yürütdüklərini bir daha isbatladılar. Çünki onlar bunu qarşılaşmadan 1 saat öncə açıqladığı halda, artıq futbol ictimaiyyətinin əksər üzvləri həmin oyunların hansı hakimlər tərəfindən idarə olunacağını bir gün öncədən bilirdi.
 
Premyer Liqa
29-cu tur
30 aprel (şənbə)
 
Gəncə - MOİK
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Əmir Zamanov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
 
Simurq - Qəbələ
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
 
İnter - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. "Şəfa" stadionu. Saat 18:00.
 
1 may (bazar)
 
Qarabağ - Bakı
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:00.
 
Turan - Muğan
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Tovuz. Şəhər stadionu. Saat 16:00.
 
AZAL - Neftçi
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. Şüvəlan qəsəbəsi, AZAL stadionu. Saat 20:00.
 
1
Neftçi
28
18
8
2
49-12
62
2
Xəzər Lənkəran
28
15
9
4
33-15
54
3
Qarabağ
28
16
5
7
34-16
53
4
AZAL
28
12
9
7
31-22
45
5
İnter
28
12
7
9
27-23
43
6
Bakı
28
9
9
10
29-26
36
 
1
Qəbələ
28
11
10
7
28-17
43
2
Muğan
28
10
8
10
24-28
38
3
Gəncə
28
7
11
10
28-31
32
4
Turan
28
6
6
16
21-40
24
5
Simurq
28
3
6
19
15-46
15
6
MOİK
28
2
6
20
9-52
12
 
Bombardirlər:
15. Bahodir Nasimov (Neftçi)
13.  Georgi Adamiya (Qarabağ)
11. Flavinyo (Neftçi)
10. Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.