30 aprel 2011 19:51

XL yenə çempionu keçə bilmədi (YENİLƏNİB)

Bu gün Premyer Liqanın 29-cu turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 3 qarşılaşma keçirilib.
 
Öncə meydana ikinci altılıq komandaları – “Gəncə” ilə MOİK çıxıb. Meydan sahibləri minimal hesablı qələbəyə çevrilib. Zaqatalada “Simurq” “Qəbələ”ni qəbul edib və tərəflər 1 xala sevinib. Son çempion “İnter” isə “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Bakıda keçirilən bu qarşılaşmada da qalib gələn olmayıb.
 
Premyer Liqa
29-cu tur
30 aprel
 
İNTER - XƏZƏR LƏNKƏRAN - 1:1 (1:0)
Qol: Asif Məmmədov, 26 (1:0), Xristu Kyaku, 62 (1:1)
Bakı. "Şəfa" stadionu.
 
Oyun başladı
Tərəflər oyuna bir qədər kəşfiyyat xarakterli hücumlarla başlayıblar və hələ ki, mübarizə meydanın mərkəzində gedir
Qapılar qarşısında hələlik real qol vəziyyəti yaradan yoxdu
14. Asif Məmmədovla Bronislav Çervenka meydan sahiblərinin təhlükəli hücümü məntiqi sonluqla başa çatdıra bilmir
17. Asifin hesabı açmaq şansı olsa da, zərbəsi dəqiq olmur
18. XL-da erkən əvəzləmə. Zədələnən Elvin Beqirini Katalin Doman əvəzləyir
"İnter" hələlik üstünlüyə malikdi və qonaqları müdafiə olunmağa məcbur edir
25. Asif Məmmədovun zərbəsi qapinin üstündən keçir
26. Asif nəhayət ki, hesabı açır - 1:0
30. Domanın zərbəsini Lomaya tutur
33. Souzanın zərbəsini də Lomaya zərərsizləşdirir
34. Petar Zlatinovun zərbəsi dirəyə dəyir
XL qol buraxdıqdan sonra hücuma daha çox aludə olmağa başlayıb ki, bu da meydan sahiblərinə kəskin əks-hücumlar qurmaq imkanı yaradır
38. Adrian Pit qol vurmağa yaxın olsa da, zərbəsi dəqiq olmur
39. Stankunun zərbəsini Lomaya dəf edir
42. Kamran Ağayevlə üz-üzə qalan Poşkus inanılmaz epizodu dəyərləndirə bilmir
İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatır
İkinci hissə başladı
XL-da daha bir əvəzləmə. Stankunu Elnur Allahverdiyev əvəzləyir
48. Kamran qonaqları daha bir real qoldan xilas edir
Qonaqlar təzyiqi artırsa da, meydan sahibləri də əsk-hücumlarla təhlükə yaratmaqda davam edir
52. Rahidin zərbəsi qapıdan yan keçir
57. XL-da son əvəzetmə. U.Parks E.Abdullayevi əvəz etdi
60. İnterin qapısına cərimə zərbəsi təyin edildi
62. Xristu Kyaku cərimə zərbəsindən hesabı bərabərləşdirir - 1:1
64. "İnter"də əvəzləmə: Despotovskini Aleksandr Çertoqanov əvəzləyir
66. D.Kruqlovun zərbəsini K.Ağayev zərərsizləşdirir
70. Meydan sahiblərinin əks-hücumu qolsuz tamamlanır
71. Zlatinovun zərbəsini Ağayev tutur
71. Pitin zərbəsi dəqiq olmur
72. Kyaku dublunu rəsmiləşdirməyə yaxın olsa da, zərbəsi dəqiq olmur
74. A.Daşdəmirovun zərbəsini K.Ağayev asanlıqla zərərsizləşdirir
77. "İnter"də daha bir əvəzetmə: Ş.Rəhimovu D.Assioli əvəz edir
79. Poşkus hücum zamanı kobud oynayır və sarı vərəqə alır
87. Abramidzenin zərbəsi zamanı qonaqları yenə qapı dirəyi qoldan xilas edir
88. "İnter"də Poşkusu G.Karlson əvəzləyir
Əsas vaxta 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı
 
SİMURQ – QƏBƏLƏ - 0:0 (0:0)
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
Samir Əliyevin qonaqların qapısına yol tapmaq cəhdi faydasız qalır
Lyuba Baranin uzaqdan cavab zərbəsi dəqiq olmur
Hələlik hər iki komanda fəallığı ilə seçilir
Tərəflərin cəhdləri heç bir nəticə vermir
Birinci hissə başa çatır
İkinci hissə başladı
"Simurq" daha çox oyuna nəzarət edir
Həsənovun qonaqları cəzalandırmaq cəhdi faydasız qalır
Oyun artıq kifayət qədər sərt məcrada keçməyə başlayıb
"Simurq" əla əks-hücum təşkil etsə də, dəyərlənə bilmir
Meydan sahibləri "Qəbələ"dən daha yaxşı təsir bağışlasa da, üstünlüyünü hesabda əks etdirə bilmir
Oyun başa çatdı
 
GƏNCƏ - MOİK - 1:0 (0:0)
Qol: Sabir Allahquliyev, 63 (1:0).
Gəncə. Şəhər stadionu.
 
Oyun başladı
"Gəncə" oyuna daha fəal başlayıb
Meydan sahiblərinin heyətində Samir Zərgərovun zərbəsində azca dəqiqlik çatışmır
Romal Hüseynovun da zərbəsi yan keçir
"Gəncə" oyunda tam üstünlüyə malik olsa da, bunu hesabda əks etdirə bilmir
MOİK rəqib qapısı önündə ilk təhlükəli vəziyyətini yaratsa da, qolla nəticələnmir
Meydan sahibləri hesabı açsa da, Armand Feutçinenin ofsayddan fərqləndiyi bildirilir
İlk yarı başa çatdı
İkinci hissə başladı
"Gəncə" hücumlarını, MOİK isə müdafiə olunmağa davam edir
Zərgərov hesabı açmağa yaxın olsa da, zərbəsi dirəkdən dönür
Sabir Allahquliyev nəhayət ki, qonaqların qapısına yol tapa bilir - 1:0
Allahquliyevin daha bir qol vuraraq, dublunu rəsmiləşdirmək şansı olsa da, fərqlənə bilmir
MOİK-in hesabı bərabərləşdirmək cəhdləri faydasız qalır
Matç başa çatdı
 
Hesabat turunun digər qarşılaşmaları isə sabah keçiriləcək: Qarabağ – Bakı, Turan – Muğan, AZAL – Neftçi.
 
1
Neftçi
28
18
8
2
49-12
62
2
Xəzər Lənkəran
29
15
10
4
34-16
55
3
Qarabağ
28
16
5
7
34-16
53
4
AZAL
28
12
9
7
31-22
45
5
İnter
29
12
8
9
28-24
44
6
Bakı
28
9
9
10
29-26
36
 
1
Qəbələ
29
11
11
7
28-17
44
2
Muğan
28
10
8
10
24-28
38
3
Gəncə
29
8
11
10
29-31
35
4
Turan
28
6
6
16
21-40
24
5
Simurq
29
3
7
19
15-46
16
6
MOİK
29
2
6
21
9-53
12
 
Bombardirlər:
15. Bahodir Nasimov (Neftçi)
13. Georgi Adamiya (Qarabağ)
11. Flavinyo (Neftçi)
10. Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.