29 aprel 2011 16:48

Yığmamızdan yüz faizlik nəticə (YENİLƏNİB)

Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirinin qrup mərhələsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularmız Bakı vaxtı ilə saat 15:00-da, “Astana Arena”da özbəkistanlı həmyaşıdları ilə qarşılaşıb.
 
Görüş komandamızın inamlı qələbəsi ilə başa çatıb. Nəticədə Təbriz Həsənovun yetirmələri final mərhələsində yüzfaizlik nəticə ilə yüksəliblər.
 
Qeyd edək ki, yığmamız bugünkü oyunun nəticəsindən asılı olmayaraq, turnirin finalında mübarizə aparmaq hüququ qazanmışdı. Buna isə İran (2:1) və Qazaxıstan üzərindəki (3:2) üzərindəki qələbələr sayəsində nail olunmuşdu.
 
Qrupumuzun digər oyunu hələlik keçirilməyib. Digər yarımqrupda isə Türkiyə Ermənistanı 2, Ukrayna Gürcüstanı 1 cavabsız qolla məğlub edib. Nəticədə Ukrayna qrup qalibi adını qazanaraq sabah keçiriləcək final matçında millimizlə qarşılaşmaq hüququna yiyələnib.
 
Prezident kuboku
Qrup mərhələsi
29 aprel
 
Azərbaycan - Özbəkistan - 3:1 (1:1)
Qollar: Ruslan Nəsirli, 13, 87-pen, Orxan Əliyev, 54 - İzzatilla Abdullayev, 35.
 
Komandamız meydana aşağıdakı heyətlə çıxıb: 1. Əyyub Əliyev (k), 2. Elvin Camalov, 3. Şirməhəmməd Məmmədov, 4. Sadiq Quliyev, 5. Adil Nəbiyev, 7. Kamran Abdullazadə, 8. Kənan Manafov, 9. Qurbanəli Əliyev, 10. Orxan Əliyev, 16. Ruslan Nəsirli, 17.Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Polad Mirzəzadə, 13. Nurlan Şiriyev, 6. Rüstəm Əsgərov, 18. David Qarayev, 19. Vəkil Talıbov, 14. Ramin Şirinov.

 
 
1 Azərbaycan 3 3 0 0 8 - 4 9
2 Özbəkistan 3 0 2 1 2 - 4 2
3 Qazaxıstan 2 0 1 1 3 - 4 1
4 İran 2 0 1 1 1 - 2 1

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.