29 aprel 2011 12:53
Ramiz Məmmədov Qazaxıstanda ciddi problemlə üzləşdi
Qazaxıstanın “Atırau” klubu, eləcə də komandanın baş məşqçisi Ramiz Məmmədov ciddi problemlə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın 20 yaşlı futbolçusu Baurjan Colçiyev komandasını çətin vəziyyətdə qoyub.
Məlum olduğu kimi, Qaxaxıstan çempionatının qaydalarına əsasən hər komandanın heyətində 1 gənc futbolçu əsas heyətdə meydanda olmalıdı. “Atırau”nun da həmin “limitlik” oyunçusu məhz Colçiyevdi. Lakin o, qarşıdakı turun “Lokomotiv”lə ev oyununda komandasına kömək edə bilməyəcək. Buna onun sarı vərəqə limitini dolduraraq, cəzalı duruma düşməsi səbəb olub.
Lakin ən pisi burasındadı ki, onun komandadakı əsas əvəzləyicisi Aleksandr Mulgin də zədədən sonra tam bərpa olunmayıb və komandasına kömək edə bilməyəcək. Belədə, Ramiz Məmmədovun 18 yaşlı Dauren Kayralliyevlə Aybar Nurıbekovun xidmətindən yararlanacağı gözlənilir.
