30 aprel 2011 13:36
Skarlatake və Muşat XL-dan ayrılır
“Xəzər Lənkəran”ın bu yay yollarını ayıracağı iki futbolçusunun kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Mirça Rednikin hazırkı komandasına cəlb etdiyi futbolçulardan Nikulae Muşat və Daniel Skarlatake cənublularla yollarını ayıracaq.
Buna Buxarest “Dinamo”sunun bu oyunçuları geri qaytarmaq üçün fəaliyyətə başlaması şərait yarada bilər.Qeyd edək ki, bu futbolçuların hər ikisi Azərbaycanda icarə əsasında çıxış edir.
