30 aprel 2011 01:54
“Neftçi`ni çempionluq münasibətilə təbrik etmək tezdi”
“Bakı”nın baş meneceri Zeynal Məmmədov hələlik “Neftçi”ni ölkə çempionu olması münasibətilə təbrik etməyin tez olduğunu düşünür. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim fikrimcə, çox şeyə məhz növbəti turda aydınlıq gələcək. Əgər “Neftçi” AZAL-ı da udsa, onda onları çempionluq münasibətilə təbrik etmək olar. Əgər qələbə qazana bilməsələr, mübarizə davam edəcək”.
