30 aprel 2011 13:56
Açılış matşının hakimləri müəyyənləşdi
Premyer Liqanın 29-cu turunun açılış matçının hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq "Gəncə" - MOİK oyununa hakim təyinatları açıqlanıb.
Belə ki, Hakimlər Komitəsi və Peşəkar Futbol Liqası yalnız qarşılaşmadan 15 dəqiqə öncə bu təynatlarla ictimaiyyəti də tanış etmək qərarına gəlib. Beləliklə, Gəncədəki oyunu Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Premyer Liqa
29-cu tur
30 aprel
Gəncə - MOİK
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, İsgəndər Əliyev, Fuad Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əmir Zamanov
Gəncə şəhər stadionu. Saat 14:00.
