30 aprel 2011 14:33
Millimiz qrupdakı son oyununda yeddi qolla qələbə qazandı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş OBSL 2011 “Spring” beynəlxalq turnirində bu gün üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız qrupdakı son oyununda Rusiyanın ÇSKA komandası ilə qarşılaşıb.
Millimiz bu görüşdə 7:3 hesabı ilə qələbə qazanıb. Ramil Əliyevin het-trik etdiyi oyunda Namiq İsgəndərov, Namiq Həsənov, Elvin Quliyev və Əbdül Əliyev hərəyə 1 dəfə fərqlənib.
Maraq üçün xatırladaq ki, komandamız qrupdakı ilk oyununda Rusiya klublarından "Kristal"a 2:3, "FC City"-yə isə 2:4 hesabıyla uduzmuşdu.
