30 aprel 2011 15:32
Daha bir oyunun hakimləri açıqlandı
Premyer Liqanın 29-cu turunun daha bir oyununa hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq "Simurq" - "Qəbələ" oyununun da hakimləri məlumdu.
Zaqataladakı qarşılaşmaya Ceyhun Haşımovun rəhbərlik etdiyi hakimlər briqadası göndərilib. “İnter” – “Xəzər Lənkəran” görüşünün hakimləri isə hələlik açıqlanmır.
Premyer Liqa
29-cu tur
30 aprel
Simurq - Qəbələ
Hakimlər: Ceyhun Haşmov, Munis Abdullayev, Ruslan Babayev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala şəhər stadionu. Saat 16:00.
