30 aprel 2011 16:53
Ramil Əliyev: MOİK ən azı heç-heçəyə layiq idi
Premyer Liqanın 29-cu turunda artıq elitanı tərk etməsi dəqiqləşən MOİK səfərdə "Gəncə"nin qonağı oldu və 0:1 hesabı ilə məğlub oldu. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra “hərbçilər”in baş məşqçisi Ramil Əliyev matçla bağlı bunları dilə gətirib:
“İlk 15 dəqiqədə qol vurmaq üçün iki imkanımız var idi. Lakin faydalana bilmədik. Komanda yaxşı oynadı. Ən azı heç-heçəyə layiq idik. Premyer Liqa ilə vidalaşırıq. Qarşıdakı turlarda əvəzedici heyətin futbolçularına şans verəcəm. “Gəncə” son oyunlara itkilərlə çıxır, buna baxmayaraq, yaxşı oyun göstərdilər. Qələbə münasibəti ilə "Gəncə"ni təbrik edirəm”.
