30 aprel 2011 17:13
İnter – XL matçının da hakimləri açıqlandı
Premyer Liqanın 29-cu turunun bu günə nəzərdə tutulan daha bir oyununa təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq ilk altılıq çərçivəsində keçiriləcək prinsipial "İnter" - "Xəzər Lənkəran" oyununa da hakim təyinatları məlumdu.
Belə ki, “Şəfa” stadionunda keçiriləcək qarşılaşmanı Ramil Diniyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Premyer Liqa
29-cu tur
30 aprel
İnter - Xəzər Lənkəran
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. "Şəfa" stadionu. Saat 18:00.
