30 aprel 2011 18:57
Haciyevski: Bir xal qazandığımız üçün şadam
Premyer Liqanın 29-cu turunda “Qəbələ” klubunu qəbul edən “Simurq” doğma meydanda qolsuz heç-heçəyə nail oldu – 0:0. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı Qyoko Haciyevski qarşılaşmadan sonra bunları dilə gətirib:
“Bir xal qazandığımız üçün sevinirəm. Lakin, bu, turnir cədvəlindəki mövqeyimizə təsir etməyəcək. Əsas heyətin bir neçə futbolçusu bu gün yox idi. Bu da oyunumuza təsirsiz ötüşmədi”.
