30 aprel 2011 19:08
Toni Adams: Simurqun müdafiəsini keçə bilmədik
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 29-cu turunun “Simurq”la səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan səfər matçından sonra bunları dilə gətirib:
“Bizim üçün çətin oyun oldu. ”Simurq”u 1 xal qazanmağı münasibəti ilə təbrik edirəm. “Simurq”un müdafiəsini keçə bilmədik. Lakin buna baxmayaraq, komandamdan razı qaldım, futbolçularımla fəxr edirəm. Artıq 7 oyundur ki, məğlub olmuruq. Növbəti turda qarşılaşacağımız “Turan”la oyunda da bu ənənəni davam etdirmək istəyirik. “Simurq” komandasına uğurlar arzulayıram”.
