30 aprel 2011 20:21
Mirça Rednik: Nəticə oyuna görə oldu
"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik futbol üzrə Azərbaycan çempionatının 29-cu turunun "İnter"lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, cənubluların çalışdırıcısı qeydə alınan heç-heçə (1:1) ilə bağlı bunları dilə gətirib:
"Hər iki komanda qələbə qazanmaq istəyirdi. Biz pis oynamadıq. Əlbəttə, səhvlər çox idi. Ancaq Uinston Parksın meydana çıxmasından sonra oyun bizm üçün yaxşıya doğru dəyişdi. Hesabı bərabərləşdirməkdə bəxtimiz gətidi. Düşünürəm ki, nəticə oyuna görə oldu".
