30 aprel 2011 22:04
AFFA prezidenti çempion yığmamızı təbrik etdi
AFFA-nın prezidenti Rövnəq Abdullayev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanda keçirilmiş “Prezident kuboku” turnirinin qalibi olması ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, futbol təsərrüfatımızın rəhbəri bunları dilə gətirib:
“Yığmamızın “Prezident kuboku”nun qalibi olması hər birimizi sevindirir. Bu qələbə münasibətilə yığma komandamızın bütün üzvlərini, eləcə də ölkəmizin futbol ictimaiyyətini təbrik edirəm. Belə bir mötəbər yarışda əldə olunan müsbət nəticə bir daha onu göstərir ki, Azərbaycan futbolu inkişaf edir və düzgün yoldadır. Ümid edir və inanırıq ki, belə qələbələr davamlı olacaq. Bir daha yığmamızı təbrik edir və gələcək yarışlarda da uğurlar arzulayıram”.
