1 may 2011 00:01

XL-dan həm Neftçi, həm də Qarabağ üçün yaşıl ışıq

Premyer Liqada yeni mövsüm aram-aram sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, mövsümün bitiminə 3 tur qalmış lider “Neftçi”nin əsas izləyicisi “Xəzər Lənkəran” növbəti xal itkisi ilə üzləşməklə, əzəli rəqibini qızıl medallara bir qədər də yaxınlaşdırıb.
 
Halbuki, son oyunlarda inamlı təsir bağışlamağa başlayan cənubluların son çempionla qarşılaşmada belə mühüm xal itkisinə yol verəcəyi inandırıcısı görünmürdü. Hər halda son dövrlər özünə bənzəməyən “bankirlər”lə müqayisədə Mirça Rednikin komandasına qələbə daha çox lazım idi. Axı əks halda “Neftçi”nin çempionluğunu vaxtından öncə rəsmiləşdirməsi tam real olacaqdı. Bu üzdən də “ağ-yaşıllar”ın bu görüşə final əhval ruhiyyəsində çıxacağını gözləmək olardı. Lakin deyəsən artıq çempionluq ümidlərini basdıran cənublular hazırda kubokun finalını daha çox düşünməyə başlayıb.
 
Hər halda bəzi aparıcı oyunçuları start heyətində meydana buraxmayan lənkəranlıların gücünə qənaət etməyə çalışması da diqqət çəkməyə bilməzdi. Baxmayaraq ki, həftəiçi onlarla eyni gündə kubok oyununa çıxan “bankirlər” Premyer Liqada hətta medal qazanmaq şansını da itirdiyindən, AZAL-la cavab görüşü barədə daha çox düşünən onlar olmalıydı. Gəl ki, qarşılaşmanın gedişində bir qədər fərqli mənzərənin şahidi olduq. Hər halda bu oyuna da optimal heyətlə çıxan bakılılar demək olar ki, sona kimi ciddi mübarizə apardı və hesabı açdığı qarşılaşmada qələbəni əldən verməsinə üzüldü. Bunda isə məhz cənubluların heyətində ehtiyatda qalan Uinston Parks kimi futbolçunun fasilədən sonra mübarizəyə qoşulması həlledici rol oynadı.
 
Lakin maraqlıdı ki, cənublular çempionluqla yanaşı, deyəsən gümüş medal qazanmaq şansını da təhlükəyə atmaqdadı. Axı bu tur “Qarabağ” qələbə qazanacağı halda, ikinciliyi ələ keçirmiş olacaq. “Neftçi” isə qələbə qazanacağı halda sona 3 tur qalmış qızıl medalları özü üçün təmin edə bilər.
 
Günün digər qarşılaşmalarında isə ikinci altılıq komandaları qarşılaşırdı. “Gəncə” doğma meydanda elitaya hələ ötən tur əlvida deyən MOİK-lə qarşılaşdı ki, onların qələbəsi nə qədər çətin alınsa da, tam gözlənilən oldu. “Simurq” isə “Qəbələ” ilə ev oyununda uduzmamaqla şanslarını bir qədər saxlamış oldu. Əks halda onların Premyer Liqaya əlvida deyəcəyi elə bu tur gerçəkləşəcəkdi.
 
Premyer Liqa
29-cu tur
 
Gəncə - MOİK - 1:0 (0:0)
Qol: Sabir Allahquliyev, 67.
Vərəqələr:  Ramal Hüseynov, 63, Sabir Allahquliyev, 75 - Tural Nərimanov, 81, Natiq Əkbərov, 90+1 – sarı.
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, İsgəndər Əliyev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Əmir Zamanov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
30 aprel 2011. Gəncə şəhər stadionu. 4000 tamaşaçı.
Gəncə: 22. Ruslan Məcidov, 2. Xəyal Mustafayev, 4. Azər Məmmədov (k), 6. Samir Zərgərov, 7. Ramal Hüseynov, 8. Armand Fuetçine (20. Vüsal Hüseynov, 77), 11. Sabir Allahquliyev, 14. Asəf Qədiri (9. Samir Abdulov, 90), 15. Şahin Kərimov, 17. Renat Sultanov (5. Mətləb Məmmədov, 57), 23. Junivan Suares.
Ehtiyat oyunçular: 16. Zamiq Mirzəpur, 3. Vasif Haqverdiyev, 24. Vladimir Zelenbaba, 27. Ramazan Abbasov.
Baş məşqçi: Mehman Allahverdiyev.
MOİK: 1. Səlahət Ağayev, 3. Rəşad Hacızadə (9. Səbuhi İsmayılov, 73), 6. Emin Mustafayev, 7. Nizami Hacıyev, 8. Ruhid Usubov (11. Rüstəm Novruzov, 68), 13. Comərd Baxşəliyev, 14. Tural İsgəndərov, 17. Azər Həşimov (5. Natiq Əkbərov, 51), 23. Tural Nərimanov, 24. Ramil Əliyev (k), 25. Emin Cəfərquliyev.
Ehtiyat oyunçular: 22. Tariyel Hüseynov, 20. Azər Səfərli.
Baş məşqçi: Ramil Əliyev.
 
Simurq - Qəbələ - 0:0 (0:0)
Vərəqələr: Fuad Əhmədov, 64, Rasim Ramaldanov, 89 - Abdulkader Kamara, 23, Alhassan Banqura, 41, Stiv Olfers, 55, Saşa Yunisoğlu, 74 – sarı, Deon Barton, 86 – qırmızı.
Hakimlər: Ceyhun Haşımov, Munis Abdullayev, Ruslan Babayev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
30 aprel 2011. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. 300 tamaşaçı
Simurq: 1. Fuad Əhmədov, 17. Rüstəm Məmmədov (8. Qərib İbrahimov, 46), 3. Rasim Ramaldanov (k), 14. Anar Həsənli, 5. Elvin Yunusov, 2. Səbuhi Həsənov, 25. Tofiq Mikayılov, 15. Elvin Musazadə (19. Ramin Nəsibov, 89), 10. Vasif Əliyev (20. Qafar Qafarov, 76), 9. Əli Bağırov, 28. İlkin Qırtımov.
Ehtiyat oyunçular: 12. Tural Abbaszadə, 27. Ramil Sayadov, 13. Dilqəm Əsgərov, 18. Laçın Şəkərov.
Baş məşqçi: Qyoko Haciyevski.
Qəbələ: 30. Anar Nəzirov, 3. Nodar Məmmədov, 6. Lyuba Baranin (k), 10. Deon Barton, 14. Milan Antiç, 16. Abdulkader Kamara (15. Razvan Tarlea, 60), 19. Branimir Subaşiç, 21. Alhassan Banqura (20. Kristian Torres, 73), 22. Murad Hüseynov (17. Arif İsayev, 46), 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 12. Pavel Dorosev, 4. Ramin Quliyev, 9. Bruno dos Anjos, 18. Qoqa Beraya.
Baş məşqçi: Toni Adams.
 
İnter - Xəzər Lənkəran - 1:1 (1:0)
Qollar: Asif Məmmədov, 26 (1:0), Hristu Kiaku, 62 (1:1).
Vərəqə: Robertas Poşkus, 80 – sarı.
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
30 aprel 2011. “Şəfa” stadionu. 5000 tamaşaçı.
İnter: 1. George Lomaya, 6. Dmitri Kruqlov, 11. Asif Məmmədov, 12. Filip Despotovksi (8. Aleksandr Çertoqanov, 63), 13. Bronislav Çervenka, 14. Petar Zlatinov 15. Vladimir Levin (k), 21. Arif Daşdəmirov, 23. Şəhriyar Rəhimov (4. Danildo Assioli, 77), 32. Robertas Poşkus (20. Girts Karlsons, 88), 44. Valeri Abramidze.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 16. Elnur Abdulov, 77. Daniel Genov, 88. Kaxaber Mjavanadze.
Baş məşqçi: Kaxaber Sxadadze.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 3. Elvin Begiri (30. Katalin Doman, 18), 5. Dieqo Souza, 8. Nikulae Muşat, 10. Elnur Abdullayev (36. Uinston Parks, 57), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 17. Xristu Kyaku, 27. Manuel Skarlatake, 77. Stelian Stanku (2. Elnur Allahverdiyev, 46).
Ehtiyat oyunçular: 12. Yevgeni Kopil, 18. Alim Qurbanov, 19. İbrahima Banqura, 84. Julius Vobay.
Baş məşqçi: Mirça Rednik.
 
Hesabat turunun digər qarşılaşmaları isə bu gün keçiriləcək: Qarabağ – Bakı, Turan – Muğan, AZAL – Neftçi.
 
1
Neftçi
28
18
8
2
49-12
62
2
Xəzər Lənkəran
29
15
10
4
34-16
55
3
Qarabağ
28
16
5
7
34-16
53
4
AZAL
28
12
9
7
31-22
45
5
İnter
29
12
8
9
28-24
44
6
Bakı
28
9
9
10
29-26
36
 
1
Qəbələ
29
11
11
7
28-17
44
2
Muğan
28
10
8
10
24-28
38
3
Gəncə
29
8
11
10
29-31
35
4
Turan
28
6
6
16
21-40
24
5
Simurq
29
3
7
19
15-46
16
6
MOİK
29
2
6
21
9-53
12
 
Bombardirlər:
15. Bahodir Nasimov (Neftçi)
13. Georgi Adamiya (Qarabağ)
11. Flavinyo (Neftçi)
10. Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.