30 aprel 2011 19:48
Azərbaycan - çempion! (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku”nun qrup mərhələsindəki oyunlarını qələbə ilə başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması turnirin finalına vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, yüzfaizlik nəticə sayəsində qızıl medallar uğrunda mübarizə aparmaq hüququ qazanan yığmamız bu gün turnirin qalibi adı uğrunda final matçına çıxıb.
Futbolçularımız həlledici oyunda ukraynalı həmyaşıdları ilə qarşılaşıb. Hər hissəsi 40 dəqiqədən ibarət olan oyunun əsas vaxtı qolsuz bitincə, qalib penaltilərlə müəyyənləşib. Təbriz Həsənovun yetirmələri bu zərbələri daha dəqiq yerinə yetirərək, turnirin qalibi adını qazanıb.
Xatırladaq ki, komandamız qrup mərhələsində İrana 2:1, Qazaxıstana 3:2, Özbəkistana isə 3:1 hesabıyla qalib gəlmişdilər.
Artıq turnirin digər iştirakçılarının da son aqibəti müəyyənləşib. Belə ki, final mərhələsində Ermənistan və Özbəkistan komandaları 7-8-ci yerlər uğrunda mübarizə aparıb ki, ermənilər qələbə qazanan tərəf olu - 2:0. 5-6-cı yerlər uğrundakı mübarizədə isə gürcülər iranlılardan güclü çıxıb - 3:2. Nəhayət, 3-4-cü yerlər uğrunda mücadilədə meydan sahibləri qazaxlarla Türkiyə millisi üz-üzə gəlib ki, qardaş ölkə təmsilçisi bürünc mükafata sahib çıxıb - 3:2.
Prezident kuboku
Final
Azərbaycan - Ukrayna - 5:4 (Əsas vaxt - 0:0) (penaltilərlə - 5:4)
Komandamız final oyununda meydana aşağıdakı start heyətlə çıxıb: 1. Əyyub Əliyev (k), 2. Elvin Camalov, 3. Şirməhəmməd Məmmədov, 4. Sadiq Quliyev, 5. Adil Nəbiyev, 7. Kamran Abdullazadə, 8. Kənan Manafov, 9. Qurbanəli Əliyev, 10. Orxan Əliyev, 11. Ruslan Abdullayev, 16. Ruslan Nəsirli.
Ehtiyat oyunçular: 12. Polad Mirzəzadə, 13. Nurlan Şiriyev, 14. Ramin Şirinov, 15. Emil Həşimov, 17. Coşqun Diniyev, 18. David Qarayev, 19. Vəkil Talıbov.
Ehtiyat oyunçular: 12. Polad Mirzəzadə, 13. Nurlan Şiriyev, 14. Ramin Şirinov, 15. Emil Həşimov, 17. Coşqun Diniyev, 18. David Qarayev, 19. Vəkil Talıbov.
