30 aprel 2011 12:03
Qarabağ Bakı`yla oyuna hazırdı
“Qarabağ” artıq “Bakı”yla oyuna hazırdı. Azerisport.az xəbər verir ki, iki həftəlik fasilədən sonra Premyer Liqanın final mərhələsinin 8-ci turunda yenidən paytaxt təmsilçisylə qarşılaşacaq ağdamlılar hazırlıqlarını tamamlayıb.
Bu gün oyunqabağı 1 saatlıq yüngül hazırlıq keçən komanda yenidən məskunlaşdığı otelə qayıdaraq oyun saatını gözləməyə başlayıb.
Nəzərinizə çatdıraq ki, sabah Suraxanı qəsəbə stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
