30 aprel 2011 19:01
Ramiz Məmmədovun komandası liderlə sülh bağladı (YENİLƏNİB)
Bu gün Qazaxıstan çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı “Atırau” doğma divarlar arasında “Lokomotiv”i qəbul edib.
Qeyd edək ki, Astananı təmsil edən bu komanda 19 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşmışdı. Geridə qalan 8 oyundan yalnız birində heç-heçə edib, birində də uduzan “Lokomotiv” qalan 6 görüşün hamısında qələbə qazanmışdı. Həmyerlilərimizin komandası isə cəmi 9 xalla 8-ci pillədə qərarlaşmışdı. 3 oyunda uduzub, 3-də heç-heçə edən Məmmədovun yetirmələri cəmi 2 qələbəyə sevinmişdi. Bu gün isə 3-cü qələbələrini rəsmiləşdirmək istəyən atıraulular buna nail ola bilməyib. Belə ki, liderlə duel qolsuz bitib. Bu nəticə sayəsində "Atırau" 8-ci pillədəki yerini qoruyub.
Qazaxıstan Superliqası
9-cu tur
30 aprel
ATIRAU - LOKOMOTİV - 0:0 (0:0)
