1 may 2011 13:24
Cavid Hüseynov: Çempion olmadan onu qeyd etmək düzgün deyil
“Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynov azerisport.az saytına müsahibəsində AZAL ilə oyun öncəsi komandasının çempionluq şanslarından danışıb.
- “Neftçi”ni artıq indidən çempion hesab etmək nə dərəcədə vacibdi?
- Mən bütün pərəstişkarlarımıza minnətdarlığımı bildirirəm. Amma hesab edirəm ki, hələ çempionluqdan danışmaq tezdi. Hər şey baş verə bilər. “Neftçi” çempionluğa yaxın olsa da, biz hələ onu rəsmiləşdirməmişik. AZAL-a qalib gəlsək, onda hə. Qələbə qazanmadan onu qeyd etmək düzgün deyil.
- Qarşıdakı rəqiblə bağlı nə deyə bilərsiz?
- Güclü komandadı. Hansı ki, hazırda ən güclü zamanını yaşayır. Hesab edirəm ki, bu, AZAL-ın tarixindəki ən yaxşı mövsümüdü. Düşünürdüm ki, onlar kubokun yarımfinal matçında “İnter”ə qalib gələcəklər. Amma qarşılaşma qolsuz başa çatdı. Hesab edirəm ki, bizim də onlarla oyunumuz çətin keçəcək.
- “Təyyarəçilər”in yaxınlarda belaruslu əsas heyət oyunçusu Gennadi Bliznyukla yollarını ayırmasını xeyrinizə işləyəcəyini demək olar?
- Komandanın oyunu heç də bir futbolçudan asılı olmur. AZAL “İnter”ə qalib gələ bilmədisə, bu, o demək deyil ki, Bliznyukun yoxluğuna görə elə oldu. Əgər o yoxdusa, yerində başqa oyunçu çıxış edir. Onlarla görüşümüz çətin keçəcək. AZAL-ın çempionatda itiriləsi heç nəyi qalmayıb.

- Siz demək olar ki, hər oyunda sonradan meydana çıxırsız...
- Mən baş məşqçinin qərarına hörmətlə yanaşıram. Heyəti o müəyyənləşdirir və mən onun işinə qarışa bilmərəm. Amma hesab edirəm ki, meydana sonradan çıxsam da belə, yenə oyunum pis alınmır. Hazırda heç də pis formada deyiləm və bunu meydanda nümayiş etdirməyə hazıram. Əlbəttə, daha yaxşı da oynaya bilərəm və bunun üçün daha çox məşq etməliyəm. Hələlik, ideal forma yığa bilməmişəm.
- “Neftçi”nin çempionluğu Azərbaycan futboluna nə verəcək?
- Mənə elə gəlir ki, azarkeşlərimiz “Neftçi”nin qızıl medallara sahib çıxmasını çoxdan gözləyirdi. Hamı – fanatlarımız, bütün ölkə komandamızın çempionluğu üçün darıxıb. Biz qızıl medallara sahib çıxıb, Çempionlar Liqasına yollanmalıyıq. İndi sadəcə bunu rəsmiləşdirmək qalıb.

- Sizcə, bu heyətlə “Neftçi” ÇL-də nəyə ümid edə bilər?
- Biz hələ bu turnirə vəsiqə qazanmamışıq. Bunu rəsmiləşdirəndən sonra daha ətraflı düşünərik. Hələ avrokuboklardakı məqsədlərdən danışmaq çox tezdi. Heyətimizi gücləndirməklə Avropada çox şeyə nail olmaq olar.