1 may 2011 02:47
Azərbaycan kubokunu XL qazanacaq
Azerisport.az saytı növbəti sorğusuna yekun vurub. Belə ki, “sizcə, ölkə kubokunun cari mövsümünün qalibi hansı klub olacaq” sualı ilə müraciət etdiyimiz oxucularımız bu titula “Xəzər Lənkəran”ın yiyələnəcəyini düşünür.
Respondentlərin düz 57 faizi (654 səs) məhz cənub təmsilçisinin kubokun qalibi olacağını proqnozlaşdırır. Kubokun hazırkı qalibi “Bakı”nın titulunu qorumasına inananlar isə 29 faiz təşkil edir – 232 səs.
Lakin əvəzində son çempion “İnter”lə onun rəqibi AZAL-dan biri mütləq finala vəsiqə qazanacağı halda belə, bu klubların kuboka sahib çıxacağına inanan azdı. Məsələ burasındadı ki, “təyyarəçilər”in bu sevinci yaşamasını mümkün hesab edənlər 9 faiz təşkil edir (101 səs). Qalan 5 faiz isə (62 səs) “bankirlər”ə şans tanıyır.
