3 may 2011 01:54
İspaniya çempionatı: Espanyoldan vacib qələbə (YENİLƏNİB)
İspaniya La Liqasında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Turun açılış matçında “Real” dogma meydanda “Zaragoza”nı qəbul edib. Kifayət qədər məhsuldar alınan qarşılaşmada Joze Mourinyonun komandası ciddi zərbə alıb və növbəti məğlubiyyətlə üzləşib. Lakin lider “Barcelona” da eyni aqibəti yaşayıb. Kataloniyalılar səfərdə “Real Sociedad”la mübarizədən məğlub ayrılıb. “Atletico” isə “Deportivo”nu səfərdə minimal hesabla üstələyib.
İkinci oyun günündə "Sevilla" günün səfərdə qələbə qazanan yeganə komandası olub. "Valencia" isə səfər matçından məğlub ayrılıb. "Villareal" isə evdə 3 xala sahib çıxıb.
Nəhayət, turun qapanış matçında "Espanyol" doğma meydanda özündən bir pillə öndə qərarlaşan "Athletic"i qəbul edib. Çətin qələbə meydan sahiblərinə əsas rəqibə daha da yaxınlaşmaq imkanı qazandırıb.
İspaniya La Liqası
34-cü tur
30 aprel
Real – Zaragoza – 2:3
Qollar: Ramos, 62, Benzema, 85 – Lafita, 41; 77, Fernandes, 55.
Real Sociedad – Barcelona – 2:1
Qollar: İfran, 71, Prieto, 82-pen – Alkantara, 29.
Deportivo – Atletico – 0:1
Qol: Aquero, 80.
1 may
Almeria - Sevilla - 0:1
Qol: Renato, 58.
Levante – Sporting - 0:0
Malaga - Hercules - 3:1
Qollar: Baptista, 4; 76, Rondon, 74 - Valdes, 3.
Racing - Mallorca - 2:0
Qollar: Rozenberq, 14, Bakırcıoğlu, 43.
Villarreal - Getafe - 2:1
Qollar: Kani, 61, Rossi, 74 - Rios, 31.
Osasuna - Valencia - 1:0
Qol: Çexudo, 59.
2 may
Espanyol – Athletic - 2:1
Qollar: Osvaldo, 35, Alonso, 76 - Laskurain, 43.
| 1 | Barcelona | 34 | 28 | 4 | 2 | 89 | - | 19 | 88 |
| 2 | Real Madrid | 34 | 25 | 5 | 4 | 81 | - | 29 | 80 |
| 3 | Valencia | 34 | 19 | 6 | 9 | 57 | - | 42 | 63 |
| 4 | Villarreal | 34 | 18 | 6 | 10 | 53 | - | 40 | 60 |
| 5 | Sevilla | 34 | 15 | 7 | 12 | 52 | - | 49 | 52 |
| 6 | Atletico Madrid | 34 | 15 | 7 | 12 | 55 | - | 44 | 52 |
| 7 | Athletic Bilbao | 34 | 16 | 3 | 15 | 52 | - | 49 | 51 |
| 8 | Espanyol | 34 | 15 | 3 | 16 | 42 | - | 47 | 48 |
| 9 | Levante | 34 | 12 | 7 | 15 | 37 | - | 46 | 43 |
| 10 | Gijon | 34 | 10 | 12 | 12 | 31 | - | 37 | 42 |
| 11 | Mallorca | 34 | 12 | 6 | 16 | 35 | - | 47 | 42 |
| 12 | Real Sociedad | 34 | 13 | 2 | 19 | 45 | - | 58 | 41 |
| 13 | Santander | 34 | 10 | 10 | 14 | 34 | - | 49 | 40 |
| 14 | Malaga | 34 | 11 | 6 | 17 | 47 | - | 64 | 39 |
| 15 | Zaragoza | 34 | 10 | 9 | 15 | 35 | - | 47 | 39 |
| 16 | Osasuna | 34 | 10 | 8 | 16 | 38 | - | 41 | 38 |
| 17 | Deportivo | 34 | 9 | 11 | 14 | 27 | - | 42 | 38 |
| 18 | Getafe | 34 | 10 | 7 | 17 | 44 | - | 55 | 37 |
| 19 | Hercules | 34 | 9 | 6 | 19 | 31 | - | 53 | 33 |
| 20 | Almeria | 34 | 5 | 11 | 18 | 32 | - | 59 | 26 |
