1 may 2011 15:22
Qarabağ - Bakı matçının hakimləri açıqlandı
Premyer Liqanın 29-cu turunun bu günə nəzərdə tutulan ilk iki oyununun hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq "Qarabağ" - "Bakı" və "Turan" - "Muğan" oyunlarını idarə edəcək hakimlər bəllidi.
"Qarabağ" - "Bakı" dueli Anar Salmanovun rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb. Tovuzdakı qarşılaşmanı isə Vüsal Əliyev idarə edəcək.
Hesabat turunun qapanış matçını – AZAL - “Neftçi” görüşünün hakim təyinatları isə hələlik bəlli deyil.
Premyer Liqa
29-cu tur
1 may
Qarabağ - Bakı
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Mübariz Haşımov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:00.
Turan - Muğan
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Azad Ə. Hüseynov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Tovuz. Şəhər stadionu. Saat 16:00.
