1 may 2011 17:58
Roberto Karlos Vaqif Sadıqovu sevindirdi
Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin kapitanı Vaqif Sadıqovun məşqçi kimi çalışdığı “Anji” doğma divarlar arasında “Rostov”la qarşılaşıb.
Tərəflərin duelindən həmyerlimizin komandası qalib çıxıb – 1:0. Oyundakı yeganə qolu braziliyalı futbol Roberto Karlos penalti zərbəsindən vurub.
Bu qələbə sayəsində Mahaçqala klubu xallarının sayını 12-yə çatdırıb və 4-cü pilləyə yüksəlib. Cəmi 1 yenilgi ilə üzləşən Sadıqovun komandası 3 heç-heçə edib, eyni sayda da qələbə qazanıb.
