1 may 2011 18:30
Aleksandr Starkov: Hesabı ədalətli sayıram
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov “Qarabağ”la səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, 2:2 hesabıyla bitən qarşılaşmadan sonra o, bunları dilə gətirib:
“Sürətli oyun alındı. Çətin ki, azarkeşlərimiz belə oyundan narazı qalsın. Məncə bu, daha çox meydanın yaxşı vəziyyətdə olmasından irəli gəlirdi. Hesab edirəm ki, hesab tam ədaləltli oldu. O, hər iki hissədə baş verənləri özündə əks etdirdi. Son dəqiqələrdə qol buraxmaq yaxşı deyil. Lakin bərabərlik qolundan sonra bizim fərqlənmək imkanımız da oldu. Komandanın göstərdiyi mübarizədən razıyam"”.
