1 may 2011 18:35
Qurban Qurbanov: Belə səhvlər buraxmaq olmaz
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 29-cu turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən görüşdən sonra bunları dilə gətirib:
“İlk hissədə müdafiədə ən zəif oyunumuzu göstərdik. Halbuki, müdafiəyə daha ciddi fikir ayırmışdıq. Çox kobud səhvlər buraxdıq. Lakin, bu, həm mənim, həm də futbolçular üçün xeyirli oldu. İkinci hissədə oyunu dəyişmək üçün hər şey etdik. Sonadək mübarizə apardıq, bərabərlik qolunu vurduq, 1 xal qazandıq. Çempionatın sonuna yaxın belə hallar olur. Çalışacağıq ki, səhvləri aradan qaldıraq. Belə səhvlər buraxmaq olmaz. "Bakı"ya kubok oyunlarında uğurlar arzulayıram".