1 may 2011 19:46
AZAL – Neftçi matçının da hakimləri açıqlandı
Premyer Liqasının 29-cu turunun qapanış matçının da hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq AZAL - "Neftçi" oyununa da təyinatlar məlumdu.
Belə ki, Hakimlər Komitəsi paytaxt derbisini Rövşən Əhmədova tapşırıb. Mingəçevirli ədalət təmsilçisinin idarə edəcəyi qarşılaşmada “Neftçi”nin çempionluğunu rəsmiləşdirməsi də gözləniləndi.
Premyer Liqa
29-cu tur
1 may
AZAL - Neftçi
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, Azər Əsgərov, Fariz Yusifov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 20:00
