1 may 2011 20:46
Azərbaycan millisi üçün SOVMORTRANS
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş OBSL 2011 “Spring” beynəlxalq turniri çərçivəsindəki son rəqibinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız 5-6-cı yerlər uğrunda mübarizədə yerli "SOVMORTRANS"la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, qrup mərhələsindəki oyunlarından ikisində uduzub, sadəcə birində qələbə qazanan komandamız final mərhələsində öncə Rusiyanın “Apollo” komandası ilə qarşılaşdı 5:3 hesabı ilə qələbə qazandı. Nəticədə 5-ci yeri tutmaq şansı qazanan təmsilçimiz bunun üçün digər Rusiya təmsilçisinə də eyni aqibəti yaşatmalıdı. Qarşılaşma sabah Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
