1 may 2011 22:22
“Əgər mənim oyunçum həqiqətən hakimi vurubsa, deməli, qırmızı vərəqə haqlı idi”
AZAL-ın baş məşqçisi Nazim Süleymanov komandasının Premyer Liqanın “Neftçi” ilə bu günkü oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:3 hesabıyla məğlub olduqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Oyun başlayan kimi, iki kobud səhvə yol verdik ki, bunun da nəticəsində qapımızda qol gördük. Petrovun meydandan qovulmasına gəlincə, əgər mənim oyunçum həqiqətən hakimi vurubsa, deməli, qırmızı vərəqə haqlı idi. Amma hakim də hər şeyi görməlidi. Bütövlükdə, zəif oynadıq. “Neftçi”ni qələbə qazanması və çempionluq münasibətilə təbrik edirəm”.