1 may 2011 21:52

Neftçi - çempion! (YENİLƏNİB)

Bu gün Premyer Liqanın 29-cu turunun oyunlarına yekun vurulub Azerisport.az xəbər verir ki, hesabat turunun son oyun günündə də 3 qarşılaşma keçirilir.
 
Öncə meydana ikinci altılıq komandaları – “Turan” ilə “Muğan” çıxıb və qonaqlar minimal hesablı qələbəyə sevinib. Eyni saatda həm də medallar uğrunda yarışan “Qarabağ” “Bakı”nı qəbul edib. Tərəflər qollu heç-heçəyə razılaşıblar. AZAL isə çempionluğunu rəsmiləşdirməyə hazırlaşan “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. İki cavabsız qol "ağ-qaralar"ın vaxtından öncə ölkə çempionu adını rəsmiləşdirməsiylə nəticələnib.
 
Premyer Liqa
29-cu tur
1 may
 
AZAL - NEFTÇİ - 1:3 (0:2)
Qol: Cavid Hüseynov, 15 (0:1, Ritus Krjauklis, 17-öz qapısına (0:2), Rodriqinyo, 90+2 (0:3), Q,Yuşka, 90+3 (1:3).
Bakı. Şüvəlan qəsəbəsi, AZAL stadionu.
 
Oyun başladı
Rəşad Abdullayevin cərimə zərbəsi təhlükəli olsa da, meydan sahiblərinin qapıçısı Elşən Poladov yerindədi
"Neftçi" oyuna çox fəal başlayıb
Ruslan Abışovun zərbəsini yenə qapıçı çətinliklə də olsa, dəf edə bilir
"Neftçi"nin təzyiqləri bəhrəsini verir. Cavid Hüseynov dəqiq zərbə ilə hesabı açır - 0:1
AZAL-da erkən əvəzləmə: Aqil Nəbiyevi Ritus Krjauklis əvəzləyir
Alessandronun asmasından sonra meydana yenicə daxil olan Krjauklis topu öz qapısına göndərir - 0:2
Oyun artıq bir qədər sakitləşib
Qonaqlar yenidən fəallığı artırıb. Onların demək olar ki, hər hücumu təhlükəli zərbə ilə yekunlaşır
Flavinyo ciddi zədə ilə üzləşir və onun yerinə Araz Abdullayev meydana daxil olur
AZAL hissənin sonlarında hücumda fəallığı artırıb
Meydan sahiblərinin heyətində daha bir əvəzləmə: Vüsal Qarayevi Pius İkediya əvəzləyir
"Neftçi"də daha bir məcburi əvəzləmə. Mpenza da zədə üzündən meydanı tərk edir və yerinə Yasin Hima daxil olur
Birinci hissə başa çatır
İkinci hissə başladı
Fasilədən sonra komandalar daha çox sakit oyuna üstünlük verirlər və qol vəziyyətləri azdı
AZAL ön xəttdə nəsə etməyə çalışsa da, hələlik bəhrəsizdi
"Neftçi"nin son əvəzetməsi də məcburi olur. Zədələnən Rail Məlikovun yerinə Denis Silva daxil olur
AZAL hesab arasındakı fərqi azaltmaq üçün əla imkana malik olsa da, bu şansdan yararlana bilmir
İkediya topu tora göndərsə də, bundan öncə ofsayd qeydə alınır
Robert Petrov hakimin ayağına toxunaraq onu yıxdığı üçün qırmızı vərəqə ilə meydandan qovulur
Rodriqinyo qapıçı ilə üz-üzə qalır və növbəti qola imza atır - 0:3
Lakin AZAL da Yuşkayla bu qola dərhal cavab verir - 1:3
Oyun başa çatdı

QARABAĞ - BAKI - 2:2 (0:2)
Qollar: Zaur Həşimov, 22-öz qapısına (0:1), Vaqif Cavadov, 25 (0:2), Adamiya, 60 (1:2), Admir Teli, 89 (2:2).
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
 
Oyun başladı
"Qarabağ" oyuna daha fəal başlayıb
Əfran İsmayılovun zərbəsi yan keçir
Vaqif Cavadovun zərbəsindən sonra Pavloviç əla reaksiya nümayiş etdirir
"Bakı" artıq üstünlüyü ələ almağa başlayıb və cavab hücumları təşkil edir
Sofroni hesabı açmaq üçün əla şansa malik olsa da, dəyərləndirə bilmir
Əfran əla şansdan yararlana bilmir
Sissoko Sadiqovun zərbəsindən sonra əla reaksiya nümayiş etdirir
Zaur Həşimov qonaqların hücumu zamanı topu öz qapısına göndərir - 0:1
Ramim sarı vərəqə alan ilk futbolçu olur
Vaqif Cavadov keçmiş komandasını ikinci dəfə meydanın mərkəzinə dəvət edir - 0:2
Sissoko Adamiyanın zərbəsindən sonra əla reaksiya nümayiş etdirir
Qurbanov ehtiyatda saxladığı Rəşad Sadıqovu döyüşə atır
Sissoko Adamiyanın daha bir təhlükəli zərbəsini geri qaytarır
"Qarabağ" məğlubiyyətdən yaxa qurtarmaq üçün irəli atlısa da, istəyinə çata bilmir
Nedzipinin təhlükəli zərbəsi azca yan keçir
Sofroni sarı vərəqə alır
Stefan Bates də sarı vərəqə ilə cəzalanır
İlk hissəyə 1 dəqiqə əlavə olundu
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Adamiyanın zərbəsi yandan keçir
"Qarabağ" yenidən hücuma atılıb. Qonaqlar isə əks-hücuma üstünlük verirlər
Meydan sahiblərinin heyətində Nedzipini Elvin Məmmədov, "Bakı"da isə Şoliçi Juninyo əvəzləyir
Adamiya Əfranın sağ cinahla keçidindən sonra əla ötürməsini bir toxunuşla tora qovuşdurur - 1:2
"Qarabağ" hesabı bərabərləşdirməyə yaxın olsa da, bu şansı əldən verir
Cavadovun uzaqdan vurduğu zərbə təhlükəli olsa da, azacıq dəqiqlik çatışmır
Cavadov daha bir dubl şansını dəyərləndirə bilmir
"Qarabağ"ın hesabı bərabərləşdirmək cəhdələri hələ ki, faydasızdı
"Bakı"da Cəmşidi Rafael Əmirbəyov əvəzləyir
Adamiyanın baş zərbəsi dirəkdən dönür
Zaur Həşimovu Vüqar Nadirov əvəzləyir
Künc zərbəsi zamanı Admir Teli dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirir
Əfranın hiyləgər zərbəsini Sissoko əla reaksiya ilə kornerə çıxarır
Əsas vaxta 3 dəqiqə əlavə olunur
Sissoko vaxtı uzatdığına görə sarı vərəqə alır
Cavadovun iti bucaq altında zərbəsini Pavloviç çətinliklə də olsa, dəf edə bilir
Matç başa çatır
 
TURAN - MUĞAN - 0:1 (0:1)
Qol: Taqim Novruzov, 42 (0:1).
Tovuz. Şəhər stadionu.
 
Oyun başladı
"Turan" ilk dəqiqələrdən hücuma atılıb
Qutyerres meydan sahiblərinin qapısına uzaqdan zərbə endirsə də, dəqiq olmur
Qutyerresin daha bir zərbəsi qapıdan yan keçir
"Turan" ərazi üstünlüyünə malik olsa da, real qol vəziyyəti yarada bilmir
Taqim Novruzov dəqiq zərbə ilə hesabı açır - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Turan" hesabı bərabərləşdirməyə çalışır
Meydan sahiblərinin heyətində Abbasovun zərbəsi dəqiq olmur
Qutyerres daha bir qol şansını qaçırır
"Turan" ikinci hissədə hücumda heç nə edə bilmir
Matç başa çatır
 
 
1
Neftçi
29
19
8
2
51-12
65
2
Xəzər Lənkəran
29
15
10
4
34-16
55
3
Qarabağ
29
16
6
7
36-18
54
4
AZAL
29
12
9
8
31-24
45
5
İnter
29
12
8
9
28-24
44
6
Bakı
29
9
10
10
31-28
37
 
1
Qəbələ
29
11
11
7
28-17
44
2
Muğan
29
11
8
10
25-28
41
3
Gəncə
29
8
11
10
29-31
35
4
Turan
29
6
7
16
21-41
24
5
Simurq
29
3
7
19
15-46
16
6
MOİK
29
2
6
21
9-53
12
 
Bombardirlər:
15. Bahodir Nasimov (Neftçi)
14. Georgi Adamiya (Qarabağ)
11. Flavinyo (Neftçi)
10. Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.