1 may 2011 11:54

Elnur Allahverdiyev: Titul qazanmaq üçün gözəl şansımız var

“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində “İnter”lə oyundan (1:1) və Rail Məlikovla aralarındakı söz atışmasından danışıb.
 
- Son dövrlər “İnter”lə tez-tez heç-heçə oynamağa başlamısız...
- Nəzərə alsaq ki, bizim çempion olmaq şanslarımız hələ də qalır, o üzdən bizə xal qazanmaq çox lazım idi. Ancaq gördüyünüz kimi alınmadı. Birinci hissədə çox zəif oynadıq. Komanda oyunu alınmadı. İkinci hissədə isə vəziyyət bir qədər yaxşılaşdı. Nəticə oyuna görə oldu.
 
- Amma səhvlər elə ikinci hissədə də var idi. Elə “Bakı” ilə kubok oyununda olduğu kimi...
- Bütövlükdə yorğunluq sözün deyir. Bu, xüsusilə “İnter”lə oyunda aşkar görünürdü. “Bakı” ilə oyunda komanda bütün gücünü meydanda qoydu. Yağışdan sonra Lənkəran stadionunda oynamaq da bir qədər çətin idi.
 
- Axı “İnter” də sizin kimi kubok oyununa çıxmışdı...
- Onlar Lənkərana səfər edib qayıtmamışdı. Mövsümün sonunda hər belə şey yorğunluq gətirir. Həm də “bankirlər”lə oyunda Uinston Parksla Julius Vobayın yoxluğu sözünü dedi.
 
- Onlar niyə ilk dəqiqədən meydanda deyildi ki?
- Fikrimcə, baş məşqçimiz onları kubokun cavab oyununa saxlayırdı.
 
- Deməli, belə çıxır ki, kubok XL üçün daha vacib əhəmiyyət daşıyır?
- Bəli. Titul qazanmaq üçün gözəl şansımız var. Bundan necə yararlanmaya bilərik ki?
 
- Yeri gəlmişkən, ikihəftəlik cəzadan sonra cəmi iki məşq etsən də, bu oyuna çıxa bildin. Bunu gözləyirdin?
- Mirça Rednik mənə demişdi ki, son 10-15 dəqiqədə meydana buraxacaq. Yavaş-yavaş formamı bərpa edəcəm.
 
- Amma elə alındı ki, bütün ikinci hissəni meydanda oldunuz...
- Deməli, mənə inanırdı ki, komandaya kömək edə bilərəm. Hesab edirəm ki, onun ümidlərini tam doğrulda bildim. Bütövlükdə pis oynamadım. Baxmayaraq ki, bəzi səhvlərim oldu.
 
- Rail Məlikovla aranızda yaşanan söz qalmaqalına da münasibətinizi bilmək istərdik...
- Railin mənim ünvanıma həmin fikirləri səsləndirməsinə kimi biz iki dəfə görüşmüşdük. Amma Rail heç bir halda şəxsən mənim özümə nəsə deməmişdi. Əksinə, uğurlar arzulamışdı. Buna görə də onun bu sözlərini arxadan vurulan zərbə kimi qəbul edirəm. Guya bu, kişilikdəndi? Enində-sonunda biz Azərbaycan yığmasında birgə top qovuruq. Rail özünü belə aparmamalı idi. Onun belə deməsinə həm təəccübləndim, həm də məyus oldum.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.