1 may 2011 12:01
Çempion futbolçularımız bu gün qayıdır
Qazaxıstanın Astana şəhərində keçirilmiş “Prezident kuboku”nun qalibi olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün vətənə qayıdacaq. Azerisport.az xəbər verir ki, yığmamızı gətirən təyyarə saat 13:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək.
Qeyd edək ki, Təbriz Həsənovun yetirmələri qrup mərhələsində İrana 2:1, Qazaxıstana 3:2, Özbəkistana 3:1 qalib gəldikdən sonar finalda Ukrayna ilə qarşılaşma hüququ qazanmışdı. Həlledici görüşün əsas vaxtı qolsuz bitsə də, oyunsonrası penaltilərdə 5:4 hesablı qələbə millimizi turnirin baş mükafatına sahib çıxmasına şərait yaratmışdı.
